Şiddətli yağış səbəbindən Yeni Dehlidə İndira Qandi adına hava limanının 1-ci terminalının damının bir hissəsinin uçması nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə NDTV yazır.
Aeroport əməkdaşı jurnalistlərə açıqlamasında terminaldan uçuşların müvəqqəti dayandırıldığını bildirib.
"Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb və qeydiyyat məntəqələri təhlükəsizlik tədbiri olaraq bağlanıb", - qəzet onun sözlərini sitat gətirib.
O, aydınlaşdırıb ki, uçuşlar saat 14:00-a qədər ləğv edilib. T-1 daxili uçuşların həyata keçirildiyi terminaldır. Beynəlxalq uçuşlar davam edir.
QAZİLER.AZ