İsrail tezliklə "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gələ bilər. Bu, Livanda "Hizbullah"la genişmiqyaslı müharibənin başlayıb-başlamamasından asılıdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraynaya İsrail Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Keçən həftə Ukraynanın müdafiə naziri Rustem Umerov və İsrailin müdafiə naziri Yoav Qalant sonradan Ukraynaya tədarük olunacaq bir neçə "Patriot" sistemlərinin ABŞ-a ötürülməsi imkanlarını müzakirə ediblər.
“Qərar hələ verilməyib, lakin tezliklə veriləcək”, - mənbə bildirib.
O, aydınlaşdırıb ki, qərar Livanda tammiqyaslı müharibənin başlanmasından asılı olacaq, müharibə başlamasa sistemlər Ukraynaya veriləcək.
QAZİLER.AZ