Slovakiyada qatarın avtobusla toqquşması nəticəsində 5 nəfər ölüb

Slovakiyada qatarın avtobusla toqquşması nəticəsində 5 nəfər ölüb backend

Slovakiyada sərnişin qatarının avtobusla toqquşması nəticəsində 5 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 27-də Index portalı məlumat yayıb.

Onun sözlərinə görə, "Metropolitan EuroCity" qatarı Praqadan Budapeştə gedirmiş. Qəza yerli vaxtla 17:00  radələrində baş verib.

Fövqəladə hadisə yerinə üç xilasedici helikopter, beş təcili yardım maşını və bir neçə yanğınsöndürən maşın gəlib. Toqquşmadan sonra qatarın lokomotivi yanıb.

Xilasedicilər qatarın qəzaya uğraması nəticəsində 10-a yaxın insanın xəsarət aldığını bildirib.

QAZİLER.AZ

Diaspora