Ukrayna ordusu Belqorod vilayətinin Borisov rayonunun Boqun-Qorodok kəndinə hücum edib.
Qaziler.az bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə edərək kənd təsərrüfatı müəssisəsinin xüsusi nəqliyyatına hücum edib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Qladkovun sözlərinə görə, avtomobil tamamilə sıradan çıxıb.
QAZİLER.AZ