Paris yaxınlığında qütb canavarları qadına hücum edib

Paris yaxınlığında qütb canavarları qadına hücum edib backend

Fransada safari parkının yaxınlığında  36 yaşlı qadına üç qütb canavarı hücum edib.

Qaziler.az bildirir ki, BBC onun yırtıcıların hücumundan necə sağ çıxdığını yazır.

Qadın Parisdən 40 kilometr aralıda yerləşən Thoiry vəhşi təbiət parkındakı eko-oteldə ailəsi ilə birlikdə istirahət edirmiş. Buradakı kirayə kabinlər ziyarətçilərə vəhşi heyvanların yaxınlığında gecələməyə imkan verir. Təhlükəsizlik məqsədilə bu evlər xəndəklərlə və elektrik hasarıyla əhatə olunub. Qonaqlar gecə görmə durbinindən istifadə edərək heyvanları müşahidə edə bilərlər.

Səhər bir qadın qaçmaq üçün eko-evdən çıxıb. O, birtəhər təhlükəsizlik sistemindən keçib və təsadüfən vəhşi heyvanların sərbəst gəzdiyi safari zonasına daxil olub. Adətən ora yalnız xüsusi maşınla gəlmək mümkündür. Bu zonada qadına üç canavar hücum edib.

Safari parkının əməkdaşları onun qışqırtısını eşidib və yırtıcıları qovublar. Zərərçəkmiş boyun, baldır və kürəyinin dişləmələri ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədənlər hələlik müəyyən edilməyib. Qadının xəbərdarlıq nişanlarına məhəl qoymaması və ya safari parkının əməkdaşlarının onları səhv quraşdırdığı məlum deyil.

QAZİLER.AZ

Diaspora