Şahzadə Harri gəncləri valideynlərini itirdikdən sonra kədərlərinə səssiz qalmamağa çağıran bir video çəkib.
Qaziler.az bildirir ki, bu barədə “Daily Mail” yazıb. O, videoçarxda 12 yaşında anası Şahzadə Diananı itirdikdən sonra hissləri ilə necə mübarizə apardığını danışıb. Harrinin dediyinə görə, o, ölən şəxs üçün nə qədər darıxdığını sübut etmək üçün mümkün qədər uzun müddət kədərlənmək lazım oduğuna inanıb. Ancaq sonra Diananın onu kədərli görmək istəməyəcəyini anlayıb.
Düşünürəm ki, itkiləri haqqında danışmaq ən çox uşaqlar üçün çətindir. Sonra hər şey daha sadə olur. Uşağın bu barədə danışmaq niyyətində olmur və bunu ən yaxşı mübarizə forması hesab edir. Əslində bu doğru deyil. Kədəri əbədi olaraq boğmaq olmaz. Bu, etibarlı deyil. O, səni içəridən yeyəcək”, - Harri müsahibəsində izah edib.
QAZİLER.AZ