Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna hərbçilərinin Qərb təyyarələrini yerləşdirməyə hazırlaşdığı Ukrayna aerodromlarına dəqiq silahlarla qrup zərbəsi endirib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün teleqram kanalında məlumat yayıb.
Hücum iyunun 27-də səhər saatlarında dəniz silahları, “Kinjal” hipersəs raketləri və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib. Zərbə Qərbin Ukraynaya təhvil verəcəyinə söz verdiyi təyyarələrin tezliklə yerləşdiriləcəyi aerodromlara dəyib.
“Zərbə məqsədli yerə çatdı. Bütün təyin olunmuş hədəflər vuruldu”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
QAZİLER.AZ