Peskov Kadırovun "qan davası" çağırışına reaksiya verdi

Peskov Kadırovun "qan davası" çağırışına reaksiya verdi backend

Ramzan Kadırov təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən insanların ailələrini qardaşından atasına qədər hamısını öldürməklə hədələyib.

Qaziler.az “Gazeta.Ru”ya istinadla bildirir ki, bunu Çeçenistan rəhbəri terror fəaliyyətində iştirak edənlərdən danışarkən deyib. Dmitri Peskov isə nəşrin sualını cavablandırarkən, belə şərh verib:

“Onlar terrora göz yuman, bu və ya digər şəkildə birbaşa, həmçinin dolayısı ilə terror fəaliyyətində iştirak edənlərdən danışıblar. Heç kim şübhə etmir ki, terrorçulara qarşı mübarizə barışmaz və mümkün qədər sərt olmalıdır”, - deyə prezidentin mətbuat katibi bildirib.

Qeyd edək ki,Kadırov Dağıstandakı terror aktı ilə bağlı təhlükəsizlik qüvvələri ilə görüşdə bildirib ki, əgər şübhəli şəxs “şeytanlarla” əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır.

“Şübhəlinin şeytanlarla əlaqəsi varsa, onun bütün ailəsi cəzalandırılmalıdır. Polis qardaşına təcavüz edən hər kəs başa düşməlidir ki, qan davası ilə hamını - ata, qardaş, əmi öldürəcəyik”, - Çeçenistan rəhbəri bildirib.

QAZİLER.AZ

Diaspora