Rusiya prezidenti Vladimir Putin Ukraynadakı eskalasiya ilə əlaqədar Qərbə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə “Responsible Statecraft” yazıb.
Məqalədə vurğulanıb ki, Qərbdən gələn nağd pul inyeksiyaları döyüş meydanında vəziyyəti dəyişmək üçün yetərli yol deyil, ona görə də Rusiya münaqişənin siyasi həlli yolunu axtarmağa çağırır.
“Rusiya bu gərginliyə daha böyük müharibənin qaçılmazlığı ilə bağlı bir sıra aydın xəbərdarlıqlar və Ukrayna ilə həmsərhəd ərazilərində taktiki nüvə silahları ilə təxribat xarakterli təlimlər keçirərək cavab verib”, - hesabatda deyilib.
QAZİLER.AZ