Banqladeşdə məscidində partlayışlar baş verib: 1 ölü, 100 yaralı

Banqladeşdə məscidində partlayışlar baş verib: 1 ölü, 100 yaralı backend

Bu gün səhər saatlarında Banqladeşin paytaxtı Dəkkədə şiə məscidində silsilə partlayışlar baş verib. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində bir nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Ölən 12 yaşlı oğlan uşağı olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumatlara görə, naməlum şəxslər məscidin içərisinə azı 5 partlayıcı qurğu atıblar. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıblar.

Paytaxt polisinin nümayəndəsi Asaduzamn Mia hücumun ölkədə qarışıqlıq yaratmaq məqsədilə törədildiyini bəyan edib: “Bu, sabotajdır. Aydındır ki, hücum öncədən planlaşdırılıb”, - deyə o əlavə edib.
Diaspora