Polşa Rusiya ilə müharibəyə hazırlaşır - “Associated Press”

Polşa Rusiya ilə müharibəyə hazırlaşır - “Associated Press” backend

Polşa Silahlı Qüvvələri vətəndaşlara Rusiya ilə mümkün münaqişə vəziyyətində könüllü hərbi təlim keçmək üçün “Ordu ilə tətillər” yay proqramı təklif edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press”də yazı dərc edilib.

Proqrama 18-35 yaş arası vətəndaşlar üçün maaşlı hərbi hazırlıq daxildir. Təlim yay aylarında keçirilir və sonda iştirakçılar əsgər andı içirlər.

Materialda deyilir ki, Polşa əsgər axtarışındadır və “Ordu ilə tətil” keçirməklə Rusiyanı diqqətdə saxlayır. Nəşr yazır ki, belə tədbirlər nəticəsində Polşa hakimiyyəti Moskva ilə qarşıdurma üçün 198 minlik ordunun sayını artırmağa ümid edir. Proqramı başa vurduqdan sonra işə götürülənlər ehtiyata gedə və ya ərazi müdafiəsində xidmətini davam etdirə bilərlər.

QAZİLER.AZ

Diaspora