Kiyev üçün bu məqsədə çatmaq üçün “institusional körpü” qurulmayana qədər Ukrayna qarşıdakı alyans sammitində NATO-ya dəvət almayacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.
Onun sözlərinə görə, “körpünün” məqsədi Kiyevin lazımi anda NATO-nun bir hissəsi kimi tam fəaliyyət göstərməyə hazır olmasını təmin etməkdir.
Karpenter bildirib ki, bu, alyansın bütün üzvlərinin onu öz sıralarına dəvət etmək üçün siyasi iradəsi olan kimi Ukraynaya tez bir zamanda struktura inteqrasiya etməyə imkan verəcək.
QAZİLER.AZ