Keniyada fövqəladə vəziyyət elan edilib - VİDEO

Keniyada fövqəladə vəziyyət elan edilib - VİDEO backend

Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin baş katibi Aden Bare Dualenin “Kenya Gazette” hökumət qəzetində dərc olunmuş fərmanına istinadən məlumat yayıb.

“Keniya Müdafiə Qüvvələri 25 iyun 2024-cü il tarixində təhlükəsizliklə bağlı fövqəladə vəziyyətə cavab olaraq, polisə dəstək vermək üçün yerləşdirilib”, - sənəddə qeyd edilib.

Eyni zamanda, Nayrobi birbaşa etiraf edib ki, tətbiq edilən fövqəladə vəziyyət bütün Keniyada davam edən və ölkənin infrastrukturunun məhvinə səbəb olan etirazlarla bağlıdır.

QAZİLER.AZ

Diaspora