Rütte sabah rəsmən NATO-nun gələcək baş katibi elan ediləcək - KİV

Rütte sabah rəsmən NATO-nun gələcək baş katibi elan ediləcək -  KİV backend

Niderlandın baş naziri Mark Rütte sabah, iyunun 26-da NATO-nun yeni baş katibi elan ediləcək. Baş katib oktyabrda vəzifəsinin icrasına başlayacaq.

Qaziler.az bildirir ki, bu barədə Barron's məlumat yayıb.

Nəşrin məlumatına görə, adı açıqlanmayan diplomatlar Alyansa üzv olan 32 ölkənin hamısının səfirlərinin belə bir təyinat üçün yaşıl işıq yandırmasından sonra Rüttenin baş katib elan ediləcəyini bildiriblər.

Eyni zamanda diplomatlar aydınlaşdırıblar ki, Rütte NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də başa çatdıqdan sonra onu əvəz edəcək.

QAZİLER.AZ

 

Diaspora