HƏMAS Rusiya vətəndaşlığı olan iki girovu azad etməyə hazırdır.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Fələstin Hərəkatının Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk bildirib.
Onun dediyinə görə, bunun üçün Qəzza zolağında atəşkəsə nail olmaq lazımdır.
“Dedik ki, bununla bağlı qərar olan kimi ilk olaraq iki rusiyalı azadlığa buraxılacaq. Biz yerdə döyüşlərin sakitləşməsini gözləyirik və bu insanları götürüb azad etmək imkanı olacaq”, - deyə Marzuk bildirib.
QAZİLER.AZ