Bakı. Sevda Əsgərova - QAZİLƏR QAZİLƏR saytının Anadolu xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gecə Sultan Süleymanın türbəsi Suriyanın Hələb şəhərindən Türkiyənin Suriya ilə sərhəddinə yaxın yerə köçürülüb.
Türbənin köçürülməsi əməliyyatını bilavasitə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan peyk vasitəsilə canlı yayımda izləyib. Köçürməyə səbəb Şahın məzarını Suriyadakı İŞİD terrorçularının hücumlarından qorumaqdır. Süleyman Şahın türbəsi Türkiyə sərhəddinə yaxın olan Suriyanın Eşmə şəhərində mühafizə ediləcək. Türkiyənin baş nazir Əhməd Davudoğlu mətbuata verdiyi açıqlamada bildirib ki, Süleyman şahın türbəsini Türkiyənin bayrağının dalğalandığı Eşmə şəhərinə köçürmək bir neçə saat içində baş tutub və türbə türk əsgərlərinin nəzarəti altındadır.