İspaniya Madrid və Kiyev arasında ikitərəfli saziş çərçivəsində Ukrayna ilə əməkdaşlığı, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməkdə davam edir.
Qaziler.az bildirir ki, bunu iyunun 25-də İspaniyanın Aİ məsələləri üzrə dövlət katibi Sampedro Makros bildirib.
Razılaşma mayın sonunda İspaniyanın baş naziri Pedro Sançes və Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanıb.
“Biz Ukrayna hərbçilərinə təlim keçməyə davam edirik. Artıq 4 min Ukrayna əsgəri İspaniyada təlim keçib”, - deyə Makros Aİ nazirlərinin ümumi məsələlərlə bağlı görüşündən əvvəl qeyd edib.
QAZİLER.AZ