Ukrayna Aİ-yə üzvlüklə bağlı rəsmi olaraq danışıqlara başlayıb

Ukrayna Aİ-yə üzvlüklə bağlı rəsmi olaraq danışıqlara başlayıb backend

İyunun 25-də Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar rəsmən başlayıb. Bu, Lüksemburqda keçirilən Birinci Hökumətlərarası Konfransda baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.

Həmçinin bu gün Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlanılacaq.

Hökumətlərarası konfrans zamanı Ukraynanın baş naziri Denis Şmıqal xatırladıb ki, iki ildən artıqdır ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Aİ-yə daxil olmaq ərizəsini imzalayıb. Daha sonra Avropa Şurası Ukraynanın birliyə üzvlüyə namizəd statusunu təsdiqləyib.

QAZİLER.AZ

Diaspora