Estoniyanın baş naziri Kaya Kallas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borreli əvəz edəcək. Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta isə Avropa Şurasının rəhbəri olacaq.
Qaziler.az bildirir ki, bu barədə Almaniyanın DPA agentliyi xəbər verir.
“Estoniyanın baş naziri Kaya Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini alacaq. Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta növbəti 2,5 il müddətinə Dövlət və Hökumət Başçıları Şurasının sədri seçiləcək”, - nəşr yazır.
QAZİLER.AZ