İtaliyada Fələstin tərəfdarları ölkənin şimal-qərbindəki Genuya limanını avtomobil girişlərinə bağlayaraq, İsrailə silah və sursat göndərilməsinə qarşı nümayiş keçiriblər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bir qrup Fələstin tərəfdarı və nəqliyyat sektorunda birliklər Genuyada İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün səhər saatlarında “Fələstin xalqına qarşı qırğını dayandırmaq üçün keçidləri bağlayırıq” çağırışı ilə Genuya limanının girişlərini bağlayıb.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, etiraz aksiyası səhər saatlarında limanın San Benigno qapısında nəqliyyatın hərəkətinin dayandırılması ilə başlayıb, digər qapılar isə sonradan bağlanıb.
Saylarının 500-dən çox olduğu bildirilən etirazçılar Genuya Limanının qapılarını bir-bir bağlayıb və konteyner daşıyan yük maşınlarının gəmilərə yüklənməsinə icazə verməyiblər.
QAZİLER.AZ