Danimarka bu ölkələrin Aİ-yə üzvlüyünü sürətləndirmək üçün 20 milyon avrodan çox vəsait ayırır

Danimarka bu ölkələrin Aİ-yə üzvlüyünü sürətləndirmək üçün 20 milyon avrodan çox vəsait ayırır backend

Danimarka hökuməti Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olmasını sürətləndirmək üçün 150 milyon Danimarka kronu (20,1 milyon avro) ayırıb.

Bu barədə RBC-Ukrayna Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu 150 milyon Danimarka kronu 2030-cu ilə qədər ayrılacaq və hər iki ölkəyə Aİ üzvlüyünə yaxınlaşmaq üçün lazım olan inzibati strukturları və qanunvericiliyi yaratmağa kömək edəcək", - bəyanatda deyilir.

Ukrayna və Moldova üçün vəsait Danimarka Qonşuluq Proqramı çərçivəsində təmin edilir və bu proqram artıq şərq qonşuluq ölkələrində onların Aİ ilə yaxınlaşması üçün mühüm əhəmiyyət kəsb edən islahat proseslərini dəstəkləyir.

Qeyd edilir ki, uzunmüddətli perspektivdə dəstəyin Qərbi Balkanlarda Aİ-yə namizəd ölkələrə də şamil ediləcəyi bildirilir.

QAZİLER.AZ

Diaspora