Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud və Qətər əmiri şeyx Təmim bin Hamed əl-Sani arasında telefon söhbəti baş tutub.
Salamnews-un “Haber7”yə istinadla verdiyi xəbərə görə, telefon söhbətində Suriyadakı son hadisələr müzakirə edilib, həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparılıb.R.T.Ərdoğan son günlərdə Suriyanın Hələb əyaləti və ətrafında edilən hücumların yeni bir köç dalğasına təkan verəcəyi ehtimalı ilə bağlı narahatlığını çatdırıb