Çin lideri Si Tszinpin Britaniyaya səfəri zamanı baş nazir Devid Kemeronla yerli «pab»lardan (pivəxana) birinə gedib. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kameronun Londondakı rezidensiyasının yaxınlığında yerləşən pivəxanada liderlər pivə içiblər, balıq və «çips» yeyiblər, orada olan müştərilərlə söhbət ediblər.
Obyektin sahibi «Frans-press» agentliyinə bildirib ki, qonaqlar orada 45 dəqiqə vaxt keçiriblər.Prezident Tsizinpinin yanında xanımı Pen Liyuan da olub. Prezident səfər müddətində Londondakı «Royal Mandarin» otelində qalıb.
Çin liderinin səfər proqramı bu gün başa çatır.
◀▶