Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri sənədlərin imzalanması üçün əsaslar hazırlandıqdan sonra baş tutacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Onun sözlərinə görə, Şimali Koreya lideri müvafiq dəvət alıb.
“Düşünürəm ki, bütün lazımi şərait yaranan və bu səviyyədə imzalanmalı olan sənədlər üçün müəyyən əsaslar hazırlandıqdan sonra bu səfər baş tutacaq”, - Rudenko qeyd edib.
QAZİLER.AZ