Avstraliyanın baş naziri Entoni Albanezenin ofisi “WikiLeaks”in qurucusu Culian Assanjın artıq Böyük Britaniyada həbsxanada keçirdiyi müddət də daxil olmaqla 5 ildən çox həbs cəzası alacağını bildirib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir. Onlar qeyd ediblər ki, ABŞ-da məhkəmə prosesi hələ başa çatmayıb və başa çatdıqdan sonra Assanj vətəninə qayıda biləcək.
"Avstraliya vətəndaşı Culian Assanjın ABŞ-da mühakimə olunduğundan xəbərdarıq. Proses hələ başa çatmayıb və Avstraliya hakimiyyəti ona konsulluq yardımı göstərməkdə davam edir”, - bəyanatda qeyd edilib.
Ofisdən verilən açıqlamaya görə, Assanj məxfi məlumatları əldə etmək və yaymaq üçün günahkar olduğunu etiraf edib. Bunun üçün o, London həbsxanasında keçirəcəyi 62 aylıq həbs cəzası alacaq. Jurnalistin ittihamların bir hissəsini etiraf edə biləcəyi iclas iyunun 26-na təyin edilib. İclas ABŞ-yə məxsus Saypan adasındakı məhkəmədə baş tutacaq.
Xatırladaq ki, iyunun 24-də “WikiLeaks”in qurucusu Culian Assanjın Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk etdiyi bildirilib.
QAZİLER.AZ