ABŞ sabah Ukrayna üçün yeni hərbi yardım paketini elan edə bilər - KİV

ABŞ sabah Ukrayna üçün yeni hərbi yardım paketini elan edə bilər -  KİV backend

Amerika Birləşmiş Ştatları yeni hərbi yardım paketi çərçivəsində sabah, iyunun 25-də Ukraynaya silah təhvil veriləcəyini elan edə bilər.

Qaziler.az bildirir ki, bu barədə "Amerikanın səsi"nin Telegram səhifəsində məlumat verilib.

Nəşr qeyd edir ki, Ukraynaya ABŞ-dan 150 milyon dollar dəyərində silahların daxil olacağı yeni hərbi yardım paketi haqqında məlumatı adının açıqlanmayan amerikalı rəsmisi açıqlayıb.

Eyni zamanda, ukraynalı müdafiəçilərin hansı növ silahlar alacağına dair daha ətraflı məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora