Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ötən ay Numeaya səfəri zamanı Teyna ilə görüşüb.