“Bizim Ukraynaya dəstəyimiz alyansı münaqişə tərəfi etmir" - NATO-nun baş katibi

“Bizim Ukraynaya dəstəyimiz alyansı münaqişə tərəfi etmir" - NATO-nun baş katibi backend

Ukrayna Silahlı Qüvvələrinə (USQ) hərbi yardım NATO ölkələrini Rusiya ilə münaqişə tərəfinə çevirmir.

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə Sevastopola endirdiyi zərbəni belə şərh edib.

“Bizim dəstəyimiz alyansı münaqişə tərəfi etmir", - deyə NATO Baş katibi deyib.

"İyunun 23-də Rusiyanın hava hücumundan müdafiə sistemləri Sevastopol sahillərində səmada kaset başlıqları ilə təchiz edilmiş 5 ATACMS raketini vurub. Raketlərdən biri şəhərin üzərində partlayıb, onun parçaları istirahət edənlərin olduğu çimərliklərə düşüb", - "RİA Novosti"nin məlumatında deyilir.

QAZİLER.AZ

Diaspora