Almaniya işsiz qaçqınları Ukraynaya deportasiya edəcəkmi?

Almaniya işsiz qaçqınları Ukraynaya deportasiya edəcəkmi? backend

Rusiyanın təcavüzü bütün Ukrayna ərazisini əhatə edir.

Almaniya hökuməti işləmək istəməyən ukraynalı qaçqınların deportasiya edilməsi imkanını istisna edir. Onlar vurğulayırlar ki, Ukrayna indi Rusiyanın kütləvi hücumlarına görə təhlükəlidir.

Qaziler.az bildirir ki, bu barədə n-tv yazır.

Almaniya XİN-dən vurğulanıb ki, Rusiya silahlı qüvvələri işğalçılıq müharibəsində bütün Ukrayna ərazisində öz hücumlarını həyata keçirir və bu, beynəlxalq hüququ pozur. Rusiya hücumları, xüsusilə, elektrik təchizatı obyektlərinə və digər mülki infrastruktura yönəlib.

Berlindəki Xarici İşlər Nazirliyinin sözçüsü: “Ukraynada təhlükəsiz yerin harada olacağını hələ bilmirəm” deyib.

QAZİLER.AZ

 

Diaspora