“Microsoft” zərərdə - gəliri 2,8 milyard dollar, telefon satışı 54 faiz azaldı

“Microsoft” zərərdə - gəliri 2,8 milyard dollar, telefon satışı 54 faiz azaldı backend

“Microsoft” şirkəti bu ilin sentyabrın 30-da yekunlaşan üçüncü rüb üçün hesabatını dərc edib. İKT.lent.az-ın “Microsoft” şirkətinin yaydığı hesabata istinadən verdiyi məlumata görə, şirkətin hesabat dövrü üçün gəliri 20,279 milyard dollar təşkil edib.

Müqayisə üçün deyək ki, bir il öncə şirkətin rüb ərzində gəliri 23,2 milyard dollar olub. Başqa sözlə desək, son bir ərzində “Microsoft” şirkətinin rüblük gəliri 2,822 milyard dollar və ya 2 faiz azalıb.

Maraqlıdır ki, “Microsoft”un əməliyyat gəlirləri ötən rüb ərzində 5,793 milyard dollar olub ki, bu da ötən il əldə olunan 5,844 milyard dollar göstəriciyə yaxındır.

Hesabat dövründə 4,62 milyard dollar xalis mənfəət əldə olunub. Bir il öncə “Microsoft” şirkətinin təkcə iyul-sentyabr aylarında əldə etdiyi xalis mənfəət 4,54 milyard dollar olub.

“Personal Computing” seqmentində şirkətin gəliri bir il ərzində 17 faiz və ya 9,4 milyard dollar azalıb. Bununla belə, şirkətin telefon satışından əldə olunan gəliri 54 faiz azalıb. Şirkət bunu strategiya dəyişikliyi ilə izah edir.

“Productivity and Business Processes” seqmentində şirkətin gəlirləri bir ildə 3 faiz və 6,3 milyard dollar azalıb. “Intelligent Cloud” seqmentində isə bu rəqəm 8 faiz artaraq 5,9 milyard dollara çatıb.
Diaspora