Britaniya kralı III Çarlzın bacısı xəstəxanaya yerləşdirilib

Britaniya kralı III Çarlzın bacısı xəstəxanaya yerləşdirilib backend

Kraliça II Yelizaveta və onun əri Şahzadə Filipin yeganə qızı, Edinburq hersoqu Şahzadə Anna Getkomb Park malikanəsində baş verən hadisədən sonra yüngül xəsarətlər və beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az bu barədə “The Guardian”a istinadla xəbər verir.

Nəşrin məlumatına görə, 73 yaşlı Şahzadə Anna Qlosterşirdəki Getkomb Parkındakı malikanəsində atın başvə ayağı ilə təpiklənməsi nəticəsində beyin sarsıntısı keçirib və yüngül xəsarətlər alıb.

Hazırda Böyük Britaniya kralı III Çarlzın bacısı Bristoldakı “Southmead” xəstəxanasında qalır. Orada həkimlərin nəzarəti altındadır. Kral ailəsinin üzvünün vəziyyəti ilə bağlı həkimlərin proqnozları müsbətdir.

QAZİLER.AZ

Diaspora