Boris Conson  yalançı və ikiüzlü adlandırıldı

Boris Conson  yalançı və ikiüzlü adlandırıldı backend

Britaniyanın sağçı “Reform UK” partiyasının sədri Naycel Faraj keçmiş baş nazir Boris Consonu Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə görə yalançı adlandırıb.

Qaziler.az xəbər verir ki, bu haqda xəbər onun “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“Boris, sən yalançı və ikiüzlüsən. Mən şadam ki, sən artıq bu ölkənin baş naziri deyilsən”, – Faraj yazıb və nəşrə 2016-cı ildə yerli medialardan birində dərc olunmuş “Boris Ukraynadakı müharibədə Aİ-ni günahlandırır” başlıqlı məqalənin fotoşəklini əlavə edib.

QAZİLER.AZ

Diaspora