Avropa İttifaqı Rusiya Qəhrəmanı Axmat-Hadji Kadırov və onun prezidenti Aymani Kadırovanın adını daşıyan regional ictimai fondu sanksiya siyahısına daxil etmək qərarına gəlib.
Qaziler.az “Gazet.aru”ya istinadla bildirir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan qətnamədə deyilir.
Sənədə verilən izahatdan belə çıxır ki, Aymani Kadırova ukraynalı uşaqların yenidən təhsil alması ilə bağlı “proqramın həyata keçirilməsinə” görə, habelə Ukraynada xüsusi hərbi əməliyyatlarda iştirak edən çeçen döyüşçülərinin ailələrinə yardım etdiyinə görə sanksiya siyahısına salınıb.
Bundan əlavə, sənəddən göründüyü kimi, Çeçenistan rəhbərinin anasına qarşı da Rusiya hərbçilərini ərzaq və texniki avadanlıqla təmin etdiyinə görə sanksiyalar tətbiq edilir.
QAZİLER.AZ