İsrail hökuməti Fələstinin iki hissəsindən birinin idarə olunmasını daimi olaraq dəyişmək üçün gizli səy göstərir.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barede İsrailin maliyyə naziri Bezalel Smotriçin özəl tədbirdə çıxışının səs yazısını öyrəndikdən sonra məlumat verib. Söhbət İordan çayının qərb sahilindən gedir.
Qeyd olunur ki, İsrail Ali Məhkəməsi bunun ordunun nəzarətində olan müvəqqəti hərbi işğal olduğuna qərar verib. Rəsmi olaraq İordan çayının qərb sahilinin statusu Fələstin liderləri ilə danışıqlara açıq qalır, lakin əslində İsrail hakimiyyəti ərazi üzərində nəzarəti gücləndirmək üçün qeyri-ictimai cəhdlər edir.
Smotriçin sözlərinə görə, hökumətin planının bəzi hissələri artıq son 18 ay ərzində mərhələli şəkildə həyata keçirilib.