Prezident dini işlər nazirini cəzalandırdı

Prezident dini işlər nazirini cəzalandırdı backend

Tunis prezidenti Kays Said Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan 49 tunislinin ölümündən sonra dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad edib.

QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən 49 tunislinin ölümü ölkədə kəskin tənqidlərə səbəb olub. Tunis Rəyasət Heyətindən verilən açıqlamada prezident Kays Saidin dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad etdiyi bildirilib.

O da qeyd olunur ki, temperaturun 50 dərəcəni keçdiyi müqəddəs torpaqlarda Həcc ziyarəti zamanı 11 ölkədən ən azı 1081 zəvvar həyatını itirib. Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir. Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərlə üzləşirlər.

Diaspora