BMT-nin baş katibi Antonio Quterreş İsraillə Livan Hizbullah hərəkatı arasında gərginliyin artmasından dərin narahat olduğunu bildirib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Quterreş BMT sülhməramlılarının vəziyyəti sakitləşdirmək və yanlış hesablamaların qarşısını almaq üçün çalışdıqlarını qeyd edib.
"Bir tələsik addım, bir səhv hesablama sərhəddən çox-çox uzaqlarda və düzünü desək, təsəvvüründən kənara çıxan fəlakətə səbəb ola bilər. Aydın deyək: bölgə xalqı və bütün dünya Livanın başqa bir Qəzzaya çevrilməsinə icazə verə bilməz”.