İsrailin təhlükəsizlik mənbələrinin məlumatına görə, Hizbullah İsrailə qarşı qabaqlayıcı zərbə endirə bilər. İki ölkə sərhədində gərginlik sürətlə artarkən, Küveyt Livandakı vətəndaşlarından bir an əvvəl ölkəni tərk etmələrini istəyib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Livandakı Hizbullahın İsrailə qarşı qabaqlayıcı hücuma keçə biləcəyi iddia edilib.
Yayımlanan xəbərə görə, Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrailin Livanın cənubuna gözlənilməz və böyük miqyaslı hücuma keçməsindən çox qorxur. Bu səbəbdən də hücuma keçərək qabaqlayıcı addım atmağı düşünür.
Gərginlik artdıqca Küveyt Livandakı vətəndaşlarından bu ölkəni tez bir zamanda tərk etmələrini istəyib. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada hazırda Livanda olan vətəndaşlardan ən qısa zamanda ölkəni tərk etmələri, ölkəni tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları istənilib.