Ukrayna faktiki olaraq birtərəfli qaydada vizasız rejimi ləğv edən İsrail vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıraca.
Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bu haqda Ukraynanın Qüdsdəki səfirliyi bildirib.
Diplomatik nümayəndəlik xatırladıb ki, Ukrayna və İsrail 2010-cu ildə öz vətəndaşları üçün vizasız giriş haqqında razılığa gəliblər. “Lakin Qüdsün təşəbbüsü ilə iyulun 1-dən etibarən İsraillə vizasız rejim tətbiq edən ölkələrin vətəndaşları yəhudi dövlətində 90 günə qədər qalmaq üçün müraciət etməli olacaqlar”, - səfirlik qeyd edib.
“İsrailin ukraynalı qaçqınlara girişi məhdudlaşdırmaq və bir çox ukraynalıya girişi qadağan etmək kimi son hərəkətləri ikitərəfli münasibətləri gərginləşdirib. Sonuncu tələb əslində vizasız rejimi ləğv edir”, - mesajda vurğulanıb.
QAZİLER.AZ