Belçika Aİ-nin Ukraynaya verdiyi kreditlə bağlı riskləri bölüşməyi tələb edib

Belçika Aİ-nin Ukraynaya verdiyi kreditlə bağlı riskləri bölüşməyi tələb edib backend

Belçika Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsinə qarşıdır.

Qaziler.az “RİA-Novosti”yə istinadla bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Vinsent van Peteqem Lüksemburqda Aİ nazirlərinin görüşündə bildirib. O, Kiyevə verilən kreditin risklərini bölüşməyi tələb edib.

“Ölkəmiz üçün prinsipial olaraq iki şey vacibdir. Aktivlərin özlərinə toxunmamaq, çünki onların sahibinin dəyişməsi maliyyə və hüquqi müstəvidə gözlənilməz nəticələrə səbəb ola bilər. İkincisi, risklərin bölüşdürülməsi bu alətin yaradılmasında çox vacib məsələdir, bütün müzakirələrdə əsas məqamdır”, - Vinsent van Peteqem deyib.

QAZİLER.AZ

Diaspora