Qəzza zolağının cənubundakı Rəfahın qərbində yerləşən əl-Məvasi humanitar zonasına atılan atəş nəticəsində ən azı 25 mülki şəxs həlak olub. İsrailin hücumu nəticəsində 50 nəfər də yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Əl-Məvasidə didərgin düşmüş mülki əhalinin çadırlarını atəşə tutması nəticəsində 25 nəfər həlak olub, 50 nəfər yaralanıb”, - xəbərdə deyilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livana hücum strategiyasını təsdiqləyib.
QAZİLER.AZ