RİA FAN-ın keçmiş əməkdaşı Boris Qrişin bildirib ki, Priqojinin ölümünə inanan bir nəfər belə olsun vaqnerçi ilə görüşməyib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir. Onun fikrincə, iş adamı öz ölümünü də saxtalaşdıra bilərdi.
Ümumiyyətlə, mən bütün fantaziyaların, fərziyyələrin, konspirasiya nəzəriyyələrinin əleyhinəyəm. Amma bu halda yox. Priqojinlə işləyərkən heç nəyə təəccüblənməməyə və ən qeyri-adi işlərə hazır olmağa tez öyrəşdim. Priqojinin ixtiyarında həqiqətən şəxsi hücum təyyarələri və cəbhə bombardmançıları olduğu bir dövr var idi. Düşünürəm ki, belə tərcümeyi-halı olan insan üçün öz ölümünü səhnələşdirmək mümkünsüz bir şey deyil. Mən Priqojinin ölümünə inanan bir nəfər belə olsun vaqnerçi ilə rastlaşmamışam", - Qrişin deyib.
QAZİLER.AZ