Bir çox ukraynalı kişi səfərbərlikdən qaçır - “The New York Times”

Bir çox ukraynalı kişi səfərbərlikdən qaçır - “The New York Times” backend

Bir çox ukraynalı kişi səfərbərlikdən qaçmaq üçün əllərindən gələni edirlər, çünki onlar cəbhəyə göndərilmənin onlar üçün birtərəfli bilet olacağından qorxurlar.

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” nəşri onlarla Ukrayna vətəndaşının hekayələrinə istinad edərək yazır. Nəşrdə qeyd olunub ki, bu səbəbdən ukraynalılar hətta evlərini tərk etməməyə çalışırlar.

Nəşrin müəlliflərinin fikrincə, ölkədə kişilər yalnız yeməklərin çatdırılması xidmətlərinə arxalanaraq öz mənzillərində kilidlənirlər. Bundan əlavə, hərbi komissarlıq işçiləri tərəfindən zorla tutulduqları halda yanlarında fövqəladə xəbərdaredici vasitə olur.

Jurnalistlər yazır ki, zabitlər ölkənin şəhərlərində yaşı 25-60 arasında olan hərbi yaşlı kişilər üçün axtarışda olarkən, bir çox insan hərbi xidmətə çağırışın cəbhə xəttinə birtərəfli bilet olduğundan ehtiyat edərək gizlənir.

QAZİLER.AZ

Diaspora