Belarus XİN Ermənistana nota verib

Belarus XİN Ermənistana nota verib backend

İyunun 21-də Belarus Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyanla görüşüb.

Qaziler.az bildirir ki, bu barədə “NEWS.ru” idarənin mətbuat xidmətinə istinadla məlumat yayıb. Diplomatlar ikitərəfli əlaqələri, eləcə də ticarət və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Molunov Ermənistana müvafiq nota çatdırıb.

“Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Belarus Xarici İşlər Nazirliyindən Ermənistan tərəfinə müvafiq nota göndərilib. Humanitar məsələlərə toxunulub, iki xalq arasında çoxillik dostluq əlaqələri vurğulanıb”, - deyə məlumatda bildirilib.

QAZİLER.AZ

Diaspora