Almaniyada casusluqda şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Almaniyada casusluqda şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb backend

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər xarici kəşfiyyatın göstərişi ilə Almaniyada bu ölkədə olan “Ukraynadan olan şəxs” haqqında məlumat toplamaq məqsədi ilə olub.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun 20-də isə hakim onların həbsi üçün order verib və icra edib.

Diaspora