Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb backend

Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayının artdığı bildirilir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.

10-16 iyun tarixləri arasında bu ölkədə COVID-19-dan 5 nəfər dünyasını dəyişib.

Məlumata görə,  12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta göstəricisi 166 olub.

QAZİLER.AZ

Diaspora