Moldova prezidenti Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb

Moldova prezidenti Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb backend

Moldova prezidenti Maya Sandu Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Moldova lideri fərmanı iyunun 21-də imzalayıb.

“Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə, namizəd statusunu aldıqdan iki il sonra Moldova və Aİ arasında ilk hökumətlərarası konfrans iyunun 25-də keçiriləcək və bu, üzvlük danışıqlarının başlanğıcıolacaq”, - prezident özünün Facebook səhifəsində yazıb.

Sandu həmçinin qeyd edib ki, Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova Kişinyov tərəfindən danışıqların rəhbəri təyin edilib.

QAZİLER.AZ

Diaspora