Meksikada həddindən artıq istilər 155 nəfərin həyatına son qoyub

Meksikada həddindən artıq istilər 155 nəfərin həyatına son qoyub backend

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib. Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi paylaşılıb.

Qaziler.az bildirir ki, Meksika mətbuatında yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb. Ölənlərin əksəriyyətinin Verakruzdan olduğu bildirilir.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi vilayətlərində havanın temperaturu 45 dərəcəni keçib.

Ölkənin Səhiyyə Katibliyinin verdiyi açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.

QAZİLER.AZ

Diaspora