"Aclıq oyunları"nın ulduzu vəfat edib

"Aclıq oyunları"nın ulduzu vəfat edib backend

Kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə onun oğlu Kifer iyunun 20-də X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Aktyorun oğlu ölüm səbəbini açıqlamayıb, ancaq əlavə edib ki, atasını kino tarixinin ən önəmli aktyorlarından biri hesab edir.

Sazerlend "Emmi", "Qızıl Qlobus" və fəxri "Oskar" qazanıb. O, “İtalyansayağı soyğun”, “Qürur və qərəz”, “Aclıq oyunları” və bir çox başqa filmlərdə rol alıb.

Aktyorun filmoqrafiyasına 193 film daxildir.

QAZİLER.AZ

Diaspora