Rumıniya prezidenti Klaus İohannis iyunun 20-də Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini Hollandiyanın baş naziri Mark Ruttenin xeyrinə geri götürüb.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə prezident administrasiyasının saytında məlumat verilib.
Məlumata görə, ötən həftənin sonunda Rumıniya dövlət başçısı təşkilatın baş katibi postuna namizədliyini geri götürməsi barədə NATO müttəfiqlərini məlumatlandırıb.
Bundan əvvəl NOS telekanalı Hollandiyanın baş naziri Mark Ruttenin Şimali Atlantika Alyansının növbəti baş katibi olacağını bildirmişdi.
Qeyd edək ki, NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq üçün bloka üzv olan 32 ölkənin hamısının razılığı lazımdır.
QAZİLER.AZ