Rusiyalı turist Dmitri Qordeyev KXDR-ə səfərini son dövrlərin ən maraqlı səyahətlərindən biri adlandırıb. Ölkədəki internetlə bağlı problemlər və küçələrdə avtomobillərin olmaması onu heyrətə gətirib.
Qaziler.az bu barədə “MIR 24” telekanalına istinadla xəbər verir.
Turist qeyd edib ki, Şimali Koreyaya yalnız turoperator vasitəsilə getmək olar. Ölkədə Rusiyadakı kimi pulsuz internetə çıxış yoxdur. KXDR sakinləri məhdud sayda resurslardan, o cümlədən marketlərdən istifadə edirlər. Turistlər üçün ayrıca internet bağlantısı təmin edilib, lakin siz ondan gündə yalnız 15 dəqiqə istifadə edə bilərsiniz.
Bundan əlavə, rusiyalı turisti küçələrdə avtomobillərin tamamilə olmaması təəccübləndirib. Buna səbəb maşınların yalnız təşkilatlara məxsus ola bilməsidir. Oteldə turistlərlə yanaşı bələdçilərin qalması da rus səhayətçinin təəccübünə səbəb olub.
“Siz həbsdə deyilsiniz, əlbəttə ki, yox. Ancaq siz kifayət qədər qapalı ərazidəsiniz”, - deyə turist təəssüratlarını izah etməyə çalışıb.
QAZİLER.AZ